Dmitri Peskov: Estoniyaya nüvə silahı yerləşdirilərsə ...
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Estoniyaya nüvə silahı yerləşdiriləcəyi təqdirdə, Rusiya nüvə silahları Estoniya ərazisini hədəfə alacaq.
Peskov Rusiyanın dövlət televiziya kanalı Rossiya 1-də çıxışı zamanı, NATO-nun müdafiə planı çərçivəsində Estoniyaya nüvə silahı yerləşdiriləcəyi halda Moskvanın reaksiyasının necə olacağı barədə suala cavab verib.
Estoniyanın Rusiyaya yaxın yerləşdiyini vurğulayan Peskov, digər Avropa ölkələri kimi bu ölkəni də təhdid etmədiklərini bildirib.
Peskov deyib: “Ancaq Estoniya ərazisində bizə qarşı yönəlmiş nüvə silahları yerləşdirilərsə, o zaman bizim nüvə silahlarımız da Estoniya ərazisini hədəfə alacaq. Estoniya bunu açıq şəkildə anlamalıdır.”

