Tramp: İranlılara yardım yoldadır
ABŞ Prezidenti Donald Tramp, İranda 28 dekabr tarixində başlayaraq qısa müddətdə hökumət əleyhinə etirazlara və zorakılıq hadisələrinə çevrilən nümayişlərlə bağlı açıqlama verib.
CNN Türk xəbər verir ki, iranlıları etirazları davam etdirməyə çağıran Tramp bildirib:
“İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, qurumlarınızı ələ keçirin. Qatillərin və istismarçıların adlarını qeyd edin. Onlar böyük bir bədəl ödəyəcəklər. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə olan bütün görüşlərimi ləğv etdim. Yardım yoldadır.”

