Tramp: ABŞ ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq
Tramp sosial media hesabında Venesuela Müvəqqəti Dövlət Prezidenti Delcy Rodriges ilə keçirdiyi telefon danışığına dair paylaşım edib.
Tramp telefon danışığının çox yaxşı keçdiyini bildirərək, “Venesuelanın sabitlik qazanmasına və toparlanmasına kömək edərkən böyük irəliləyiş əldə etdiklərini” qeyd edib.
Neft, mədənlər, ticarət və milli təhlükəsizlik daxil olmaqla bir çox mövzunun müzakirə olunduğunu vurğulayan Tramp belə deyib: “ABŞ ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq. Venesuela çox yaxında yenidən böyük və firavan bir ölkə olacaq — bəlkə də indiyə qədər heç olmadığı qədər!”
Tramp daha əvvəl Rodriges ilə yaxşı əməkdaşlıq etdiklərini və ikitərəfli münasibətlər baxımından Venesuela ilə yaxşı anlaşdıqlarını bildirmişdi.

