Çindən etirazların davam etdiyi İrana dəstək mesajı - “Meşə qanununa” qarşıyıq
Çin Xarici İşlər Naziri Vanq Yi iqtisadi çətinliklərin səbəb olduğu etiraz dalğasının yaşandığı İrana dəstək mesajı verib.
Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, nazir Vanq Yi İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Görüş zamanı Əraqçidən etirazların davam etdiyi ölkədəki vəziyyət barədə məlumat alan Vanq Yi bildirib: “İran hökumətinin və xalqının bir araya gələrək çətinlikləri aşacağına, milli sabitliyi qoruyacağına, qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanırıq.”
Vanq Yi ABŞ-nin ölkəyə mümkün müdaxiləsi ehtimalına toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə və güc hədəsinə, bir ölkənin iradəsinin digər ölkələrə zorla qəbul etdirilməsinə və “meşə qanununa” geri dönüşə qarşı olduğunu vurğulayıb.//aa.com.tr

