Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri minimum səviyyəyə düşüb

Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlər 2025-ci ildə 8,48 trilyon rubl təşkil edərək 2020-ci ildən bəri ən aşağı səviyyəyə enib.  Rusiya məbuatı xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlarda bildirilir.

Məlumatlara əsasən, neft-qaz gəlirləri 2024-cü ildə: 11,13 trilyon rubl, 2023-cü ildə: 8,82 trilyon rubl, 2022-ci ildə: 11,59 trilyon rubl, 2021-ci ildə: 9,06 trilyon rubl olub.