AQTA-dan vətəndaşlara ÇAĞIRIŞ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırıb.
AQTA-dan verilən məlumata görə, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən üzərindəki etiket məlumatlarını nəzərdən keçirməlidirlər.
Bildirilib ki, bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir: "Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər.

