Pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakini Ş.Abusovun qeyd edilən qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələr satdığı müəyyən edilib. Ş.Abusov tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.