XİN mina qurbanlarının sayını AÇIQLAYIB

Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşımında bildirib.

"Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!", - paylaşımda deyilir.

Qeyd edək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.