Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Gecə saatlarında "Mercedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.