Sadiq Qurbanov dünya azərbaycanlılarını təbrik edib

Milli Məclisin bugünkü plenar iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünya azərbaycanlılarını təbrik edib.

Yerveinsan.az komitə sədrinin təbrik mesajını təqdim efir:

Dəyərli Sahibə xanım, əziz həmkarlar icazə verin başda cənab prezident İlham Əliyev və 1- ci vitse prezident Mehrabın Əliyeva olmaqla Sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi, eyni zamanda “Yaşıl Dünya” naminə həmrəylik ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, yeni təqvim ilində hər bir Azərbaycanlı ailəsinə gözəl və sevincli günlər arzulayıram.

İnanıram ki, 2024-cü ildə Azərbaycan xalqının böyük oğlu dünyada separatizmin kökünün kəsən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə bütün planetimizdə yaşayan insanların rifahı, rahat və sağlam ətraf mühitdə yaşaması üçün mühüm qərarlar qəbul ediləcək.