Füzuli rayonunun Kürdmahmudlu kəndində qətl hadisəsi baş verib

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonunun Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Bayramlı Nemət Təyyar oğlu saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.