Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Yanvarın 10-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən, borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

