Polis əməkdaşları tərəfindən ötən gün aşkarlanan silah-sursatların sayı açıqlanıb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapançanı, 8 müxtəlif markalı tüfəngi, 3 patron darağı və 63 müxtəlif çaplı patronu təhvil götürüblər.
Eyni gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 pulemyot, 4 avtomat silahı, 1 tapança, 21 müxtəlif markalı tüfəng, 5 patron darağı və 81 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

