Dövlət Su Ehtiyatları Agentliyinin sədri Lənkəranda vətəndaşlarla görüşüb

Bu gün Dövlət Su Ehtiyatları Agentliyinindən (ADSEA) sədri Zaur Mikayılov Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsininin inzibati binasında Lənkəran, Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

ADSEA-dan bildirilib ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, mühafizə bəndlərinin tikilməsi və təmiri, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.