Tanınmış aparıcı və ailəsi ağır qəza keçirdi: maşın bir neçə dəfə AŞDI (FOTO)

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

 Elvin Basqallı keçirdikləri qəza ilə bağlı sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayıb.

“Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”, - deyə o, yazıb.

Qeyd edək ki, aparıcıya məxsus olan maşın Kürdəmir rayonunda buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb.//Trend