Qəbələ və İsmayıllı reysləri təxirə salınıb

Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.

AYNA-dan  bildirilib ki, yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib, 2100 sərnişin paytaxtdan regionlara yola salınıb.

Yollardakı vəziyyətlə bağlı yalnız Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.

Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.