Bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir
Bakıda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir.
Hazırda:
1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;
4. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

