Ölkə ərazisində 12 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Yanvarın 17-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 8,3 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin və 620 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.