Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.