Polis əməkdaşları ötən gün vətəndaşlardan 30-dan çox silah götürüblər

Polis əməkdaşları ötən gün vətəndaşlardan 30-dan çox silah götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanvarın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 8 qumbara, 7 alışdırıcı, 36 müxtəlif markalı tüfəng, 1 patron darağı və 101 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 avtomat silahı, 4 tapança, 3 qumbara, 15 müxtəlif markalı tüfəng, 12 patron darağı və 72 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.