Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir

Qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində şəhər sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 14 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.