Bakı sakini külli miqdarda narkotiklə tutulub
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini İbrahim Ağayev saxlanılıb. Ondan 1 kiloqram 70 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

