“Rolex” markalı qol saatı oğurlayan şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsindəki evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, ondan əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.

Həmçinin həmin bölmənin əməkdaşlarının son günlər apardıqları profilaktik tədbirlər zamanı ümumilikdə 8 müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 odlu silah aşkarlanıb, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.