Odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd müxtəlif markalı tüfəng və 13 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 22 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

