COP26-nın prezidenti ölkəmizdə səfərdədir

Bakıda səfərdə olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

Bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşdə iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması, təmiz enerji mənbələrinə keçid və COP29-a hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Alok Şarma, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə də görüşüb, müzakirələr aparıb.//Azərtac