Muxtar Babayev Almaniya XİN-in nümayəndəsi ilə iqlim sahəsində birgə fəaliyyəti müzakirə edib

Münxen Təhlükəsizlik Konfransında (MSC2024) iştirak edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi siyasətində ixtisaslaşmış amerikalı alman ekofəal, Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqanla görüşüb.

Bu barədə COP29-un rəsmi “X” hesabında məlumat verilib.

Paylaşımda qeyd olunur ki, görüş zamanı tərəflər hər kəs üçün səmərəli bir gələcək qurmaq naminə iqlim fəaliyyətini genişləndirmək və birlikdə çalışmağın vacibliyini müzakirə ediblər.//Azərtac