Odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 müxtəlif markalı avtomat, 1 tapança, 13 müxtəlif markalı tüfəng, 10 patron darağı və 1081 patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 3 tapança, 6 müxtəlif markalı tüfəng, 5 patron darağı və 74 patron aşkar edilərək götürülüb.