Elm və təhsil naziri Beyləqanda vətəndaşlarla görüşüb

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin ümumi təhsilə dair digər məsələlərlə bağlı müraciət ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.