Üzərində qanunsuz silah və narkotika aşkarlanan şəxs saxlanılıb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Zamir Pənah şəhər ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ondan “AKS” markalı avtomat silahı, 1 patron darağı, 7 patron, həmçinin 945 qram tiryək və 970 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.

