Sabunçu rayonunda oğurluğa görə axtarışda olan şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğa görə axtarışda olan Xəyal Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla onun müxtəlif vaxtlarda Pirşağı qəsəbəsi ərazisində iki evdən ümumilikdə 1200 manat pul, 4700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.