Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb

İşğaldan azad edilmiş ərazilərdə Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, Laçında 2022-ci ildə başlanmış su anbarının tikintisinin bu ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır.

"Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli sus sistemləri qurulur”, - deyə o əlavə edib.//Trend