İntensiv yağışlarla əlaqədar 84 nəfər təxliyə edilib - FHN (VİDEO)
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
Nazirlikdən bildirilib ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

