Bərdədə silah-sursat gizlədən şəxs həbs edildi

Bərdədə silah-sursat tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədilə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseynov Alı Allahverdi oğlu silah-sursatı 600 manata satmaq istəyərkən tutulub.

Ondan bir ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus bir ədəd daraq, 56 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.