Dağlıq ərazilərdə qar yağıb

Martın 8-i saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 38 sm, Sarıbaşda (Qax) 15 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm, Şahdağda 2 sm, Daşkəsən, Gədəbəy, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qaxda 12 mm, Şahbuzda 11 mm, Oğuz, Ordubadda 10 mm, Lənkəran, Zaqatalada 8 mm, Kəlbəcər, Şuşa, Cəfərxan, Yardımlı, Qəbələ, Balakən, Naxçıvan, Neftçala, Qobustan, Şərur, Astara, Xınalıq, Qusar, Zərdab, Quba, Beyləqan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Sədərək, Culfa, Göygöl, Naftalan, Gəncə, Ağstafa, İsmayıllı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Altıağac, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Şabran, Xaltan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Qrız, Şahdağda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metr olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (dağlarda 6 dərəcəyədək şaxta), Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.