Satış məqsədilə “Kalaşnikov” saxlamaqda şübhəli bilinən Bərdə sakini saxlanılıb

Bərdədə silah tapıb satış məqsədilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayonun Hacallı kənd sakini Abbaszadə Tural Ənvər oğlu tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zaman evlərinin yanından keçən su kanalında gizlətdiyi 1 ədəd "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.