“Fənlərarası Yay Məktəbi - İmperiyaların kəsişməsində Qafqazı araşdırarkən”

Fənlərarası Yay Məktəbi Gürcüstanın Şota Rustaveli Milli Elm Fondunun (SRNSFG) dəstəyi ilə (“Explore the Caucasus, at the Crossroads of Empires", grant number CS-II-23-067) Beynəlxalq Qara Dəniz Universitetinin (IBSU) Fənlərarası Araşdırmalar Mərkəzi tərəfindən Gürcüstanda, Tbilisi şəhərində təşkil olunmuşdur.

Məktəb beynəlxalq və yerli doktorantura proqramlarının tələbələri, həmçinin gənc mütəxəssislər və tədqiqatçılar üçün silsilə mühazirələr təşkil etmişdir.

Tədbirdə Qafqazın mədəni və siyasi keçmişi ilə maraqlanan tədqiqatçılar fəallıq göstərmişlər. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Avropadan olan təcrübəli alimlər çöl mühazirələri və təlimlər, qədim tarixi yerlərə səfərlər vasitəsilə Qafqaz İberiyasının və Lazikanın siyasi, sosial və dini həyatı, eləcə də müasir tarix və sovet imperiyasının yaranması ilə bağlı silsilə mühazirələr oxumuşlar.

Tədbirdə AMEA-nın alimləri fəlsəfə doktoru, dosent Ruslan Rəhimli və fəlsəfə doktoru, dosent Dmitri Kriçenko iştirak etmiş və Azərbaycanın fiziki antropologiyası və sovet imperiyası dönəmində 30-cu illərdə baş verən proseslər mövzusunda elmi tədqimatlar etmişlər.

Tədbir çərçivəsində iştirakçıların Msxetiyə, Dzalisa antik şəhər yerinə, Kutaisi şəhərinə və Vani antik şəhər yeri və arxeologiya muzeyinə səfərləri təşkil olunmuşdur.