Binəqədi rayonunda 51 nəfər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 Kalaşnikov avtomatı, 59 patron və 2 patron darağı aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idarə əməkdaşları tərəfindən fevralın əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb.

Onlardan 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Həmin dövrdə vətəndaşlarla aparılan profilaktik söhbətlər zamanı 13 odlu silah və 3600 patron polis əməkdaşlarına könüllü təhvil verilib.