Martın 14-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Martın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 4,2 kiloqrama yaxın marixuana olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

