Beyləqanda 3 ədəd ov silahı polisə təhvil verilib

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan rayon sakini tapdığı 3 ədəd tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Silahları təhvil verən şəxsə təşəkkür edilib.