Astarada brakonyerliklə məşğul olan şəxs saxlanıldı

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

Həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.