Kür çayında torla qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Kür çayında torla qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilib.

İdarənin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Kür çayında qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Məmmədov saxlanılıb.

Həmin şəxsdən ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.