Ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Martın 23-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.