DİN: Martın 26-da 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Martın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin, 2,1 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.