Güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək

Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir. Hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti saniyədə 30 metrdir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib: “Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda saniyədə 24, Goranboyda 23, Mingəçevir, Yevlax, Tərtərdə 22, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20, Bərdədə 18, Ağdam, Xaçmazda 16 metrdir.

G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək”.