Bakı, Sumqayıt , Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcək

Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.