Baş nazir Əli Əsədov qərar imzalayıb

Nazirlər Kabineti “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə və “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə Geoloji Kəşfiyyat Agentliyinin sərəncamında qalan vəsaitdən nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

“Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nə yeni bənd əlavə edilib.

 Dəyişikliyə əsasən, Agentliyin sərəncamında qalan vəsaitdən nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

Qeyd edək ki, hər iki agentlik Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabedir.