DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya kömək edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmağı tövsiyə etmişik.

Bu barədə DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir: “Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir. Müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir. Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir.

İstənilən şəxs ünvanlı yardımın hansı ailələrə təyin edildiyi və sair barədə nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat ala, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər.

Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar”.