Vaşinqtonda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilir

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.//Trend