Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib

Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qanun qəbul edib. Sənədin lehinə 100, əleyhinə 5 deputat səs verib.

Hüquqi qiymət verilməsi üçün sənəd Qırğızıstan Baş Prokurorluğuna göndəriləcək. Parlamentdə bununla bağlı yaradılan təşəbbüs qrupu eks-prezident Almazbek Atambayevi vəzifəsindən sui-istifadə etməklə bir sıra cinayətlər törətməkdə ittiham edir.

Qulu Kəngərli