İnternat məktəbinin direktoru İŞDƏN ÇIXARILDI

1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru işdən çıxarılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru İsmayıl Əliyev 17 aprel 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

 
Qeyd edilib ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. (trend)